Azərbaycan | English | Русский
 
 

Bakıda yeraltı və yerüstü yolları birləşdirən qovşağın inşasına başlandı

14:20, 15 февраля, 2011 Milli.Az

Azərbaycanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun Milli.Az xəbər portalına verdiyi məlumata görə, Bakıda 3-cü mirkrorayon bazarının yaxınlığında yeni yol ötürücü qovşaq tikilir. Onun sözlərinə görə, bu, paytaxtın yol-nəqliyyat kompleksinin əsaslı şəkildə yenilənməsi, tıxac probleminin aradan qaldırılması üçün hərtərəfli tədbirlərin reallaşdırılması istiqamətində görülən işlərdən biridir.

 

Paytaxtda 7 giriş-çıxışlı tunel və 3 körpü inşa edilir

29.03.2011 Zaman.Az

Yerin altı ilə keçən tunelin uzunluğunun 1000, eninin 6 metr olması nəzərdə tutulur.
Bakının Nəsimi rayonu ərazisində 7 giriş-çıxışlı 1 tunel, 3 körpünün tikintisi aparılır. İş icraçısı Mahir Abbasov ANS-ə bildirib ki, tunel yeraltı olacaq, 3 körpü isə onun üzərindən keçəcək. Yerin altı ilə keçən tunelin uzunluğunun 1000, eninin 6 metr olması nəzərdə tutulur.

 

Ən uzun körpü istifadəyə verildi

09.12.2010 /AzərTAc/

Dekabrın 8-də Şin çayının Şəkinin İnçə kəndindən keçən hissəsində Azərbaycanın ən uzun körpüsü istifadəyə verilib.
Bu körpü Şəkinin 21 kəndini əhatə edir.