 |
|
 |
| |
HAQQIMIZDA
"Körpü-Bina-Tikinti (KBT)" şirkəti 2001-ci ildə təsis edilmişdir. Dünyanın qabaqcıl texnologiyalarının istehsalata tətbiqi, xarici əlaqələrin düzgün qurulması, işə istedadlı mühəndis və fəhlə kadrlarının cəlb edilməsi nəticəsində KBT MMC kiçik bir firmadan böyük tikinti müəssisəsinə çevrilmişdir. KBT MMC bugün Azərbaycanda xarici firmalarla rəqabətə girə bilən, güclü bazaya malik nəhəng tikinti təşkilatıdır.
Azərbaycanda sənaye obyektlərinin, yaşayış binalarının, körpülərin, neft kəmərlərinin, su kanallarının, yanacaq doldurma stansiyalarının (YDS), istilik elektrik stansiyalarının (İES) tikintisi, dəmir yollarının çəkilməsi, torpaq işləri, bünövrələrin qoyulması, svay işlərini həyata keçirməkdədir.
Təcrübəli, peşəkar işçi kollektivi, güclü inşaat maşınları, müasir texnika və avadanlıqlarla təchiz olunmuş parklarımız, dəmir-beton konstruksiyaları hazırlanan seximiz mövcuddur.
Müəssisənin müasir standartlara cavab verən beton zavodları, qum, çınqıl istehsal edən karxanaları bu işlərin keyfiyyətli həyata keçirilməsi üçün işləməkdədir. Texnika və avadanlıqların təmirini yerinə yetirmək üçün sexlərimizdə peşəkar ustalarımız çalışmaqdadır.
Bu işlər dünyanın aparıcı istehsalçılarının (LIEBHERR, Komatcu, KATO, VOLVO, MANN, FORD, MERSEDES-Benz, MANITOU və s.) istehsalı olan inşaat texnikaları ilə həyata keçirilir.
Hədəfimiz keyfiyyət, məqsədimiz daim inkişafdır.
|
|
| |
© 2010 KÖRPÜ-BİNA-TİKİNTİ / Məhdud Məsuliyyətli Cəmiyyət
Ünvan: AZ-0100 Xırdalan şəhəri, 1260-cı keçid, 31-ci məhəllə, tel.: (+99412) 342 25 37; 342 20 05 / faks: (+99412) 342 03 88; 349 33 03.
|
|
|